• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünya mətbuatı "Qarabağ"dan yazır 



Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçının nəticəsi (2:2) qonşu ölkələr Türkiyə və Rusiyanın mediasında da işıqlandırılıb.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun göstərdiyi oyun barədə həmkarlarımız müsbət fikirlər yazıblar. 

Türkiyənin tanınmış “NTV Spor” saytı xəbəri “Qarabağ” tarix yazmanın bir addımlığından döndü” başlığı ilə paylaşıb. 

“Bein Sports” kanalının saytı isə “Qarabağ” tarixi qələbəni əldən verdi” başlıqlı xəbərində “Bayer”in daha əvvəl Avroliqada 6 oyunun hamısında qalib gəldiyini qeyd edib. Bildirilib ki, Leverkuzen təmsilçisinin həmin yarışda ilk heç-heçəsi Bakıda qeydə alınıb. Xəbərdə “Qarabağ”ın daha əvvəl Avropa Liqasının 1/8 finalına çıxmaqla Azərbaycan futbolunda tarixi nəticəyə imza atdığı da xatırladılıb.

“Ajanssor” xəbərə “Qarabağ” fırtına kimi əsən “Bayer” Leverkuzeni silkələdi, amma yıxa bilmədi” başlığı verib. Xəbərdə “Qarabağ”ın birinci hissəni 2:0 öndə tamamladığı, Xabi Alonsonun ikinci hissədəki əvəzetmələri sayəsində “Bayer”in məğlubiyyətdən xilas olduğu bildiriib.

“TRT Spor”un sosial media səhifəsi isə xəbəri Qurban Qurbanovun şəkli və bu sözlərlə paylaşıb: “Xabi Alonsonun Leverkuzeni bəlkə də ilk dəfə məğlubiyyətə bu qədər yaxın idi. Qurban Qurbanov təqdim edir…”

Rusiyanın championat.com saytının sosial şəbəkə səhifəsi isə yazıb: “Qarabağ” Bundesliqa komandalarına göstərdi ki, amansız “Bayer”ə qarşı necə oynamaq lazımdır. Bəli, qələbəni saxlaya bilmədilər, amma dişlərini göstərdilər. Lunyov və onun komanda yoldaşlarını layiqli nəticəyə görə təbrik edirik!”

“Sport-ekspress” qəzetinin sosial şəbəkə səhifəsi yazıb: “Xabi Alonso mövsümün ilk məğlubiyyətinə çox yaxın idi. Lakin sensasiya baş vermədi - “Bayer” sonda hesabı bərabərləşdirdi. Amma “Qarabağ”lı futbolçular necə döyüşdülər”. (qol.az)

 

ƏN ÇOX OXUNANLAR

0.025580167770386