Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.
Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var.
“Neftçi”də 20 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (60,75 xal) 398-ci yerdən 378-ci pilləyə yüksəlib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (313 xal) ikincidirsə, İtaliyanın “İnter” (307 xal) kollektivi üçüncü yerdədir.