Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər üç raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.