UEFA Avropa Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə maraqlı paylaşım edib.
“Ölkə.Az” xəbər verir ki, qitənin ən nüfuzlu futbol təşkilatının sosial şəbəkə hesabında bu dəfə Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyoya yer verilib.
Sözügedən paylaşımda “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” şərhi qeyd olunub.
Qeyd edək ki, Bakıda keçirilən “Qarabağ”-“Bayer” matçı 2:2 hesabı ilə bitib.
Cavab oyunu martın 14-ü, saat 00:00-da Almaniyada baş tutacaq.