- 8
ENDİRİLİR
ENDİRİLİR
Fevralın 19-da Ankarada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması məsələsi keçirildi.
Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imlazanıb.
Türkiyə-Azərbaycan Universitetinin yaradılması yeni bir modeldir. Bu sənədin imzalanması hər bir ölkə üçün çox əhəmiyyətlidir. Yaradılan ortaq universitet dünya təhsil məkanında ən yaxşı təhsil müəssisələrində biri olacaq. Bunun üçün hər iki dövlətin yetəri qədər imkanı var.
Bu ali təhsil müəssisəsi Azərbaycan və Türkiyə birliyini qoruyacaq düşüncədə gənclərin yetişməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Qardaşlıq münasibətlərinin ən böyük nümunələrindən biri Türkiyə və Azərbaycanın birgə təşəbbüsü ilə Bakıda universitetin yaradılmasıdır. Türkiyə-Azərbaycan Universiteti hər iki dövlətin alimlərinin, təhsil işçilırinin birlikdə daha sıx işləməsinə, bir-birinə inteqrasiya etməsinə, birgə fəaliyyət göstəməsinə əhəmiyyətli təsir göstərəcəkdir.
Xüsusilə, Qarabağ Universitetinin yaradıldığı bir dövrə təsadüf etməsi Türkiyənin ali təhsil istiqamətindəki çoxillik təcrübəsindən faydalanmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ortaq universitet iki qardaş ölkənin ali təhsil sahəsində birgə faəliyyətini genişləndirəcək.
Xaricdə təhsil almaq istəyən tələbələrimizin ən böyük üstünlüyü Türkiyə Cumhuriyyəti olduğunu nəzərə alsaq, yeni qurulan universitet abituriyentlərimiz üçün Türkiyədə təhsilə bir alternativ olacaq. Hazırda Türkiyədə 21 min azərbaycanlı gənc təhsil alır. Həmçinin, Türkiyə univeristetlərinin əksəriyyəti dünya reytinqində ön yerdədir və məzunları əmək bazarının tələblərinə tam uyğunlaşır. Ona görə də onların təcrübələrindən yararlanmaq xüsusi əhəmiyyət kəsb edir.
Bundan əlavə Azərbaycan və Türkiyənin elm və təhsil sahəsində ayrı-ayrılıqda güclü olduğu bir çox sahələr var. Elə bu səbəbdən də, bu sahələri bir universitetdə cəmləşdirərək təhsil sahəsində gücümüzü birləşdirəcəyik. Texnologiya sahəsində xüsusi əməkdaşlıq edəcəyik. Bu baxımdan yeni universitetdə müasir texnologiyaları yaradacaq gənclərin, yüksək kadraların yetişdirilməsi üçün fürsətlər yaranacaqdır.
Ümumiyyətlə Türkiyə-Azərbaycan universitetinin yaradılmasında böyük ümidlər var. İnanırıq ki, istər Azərbaycan təhsil siteminin təkmilləşməsində, istərsə də maddi-texniki bazanın təkmilləşməsində Türkiyə universitetləri nümunəsində həm Türkiyə-Azərbaycan univeristeti, həm də Azərbaycanın digər univeristetləri dünya reytinqində irəliləyəcəkdir.
Hər iki ölkənin birgə univerisitet layihəsi tarixi addım və qərardır. Bu bizim təhsilimizin daha da güclənməsinə, daha da inkişaf etməsinə və qarşısına qoyacağı məqsədlərə birgə nail olacağına bir işıqdır.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru