• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar



AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi “İrəvan”ın iki futbolçusunu ömürlük futboldan uzaqlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bunlar Atlam Ege və Fəhmin Muradbəylidir.  

Onlar danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Fəhmin Muradbəyli uzun müddət “Neftçi”dəki çıxışı ilə tanınıb.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

ƏN ÇOX OXUNANLAR

0.042968034744263