- 5
ENDİRİLİR
ENDİRİLİR
“Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin” baş direktoru İlqar Abbasov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən hüquqşünas prokurorluğun bir sıra əməkdaşlarının vəzifələrindən sui-istifadə əməllərindən və çoxsaylı məhkəmə qərarlarını icra etməkdən qərəzli surətdə imtina etmələrindən şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Baş prokuror!
“Qafqaz Hüquqi Xidmətlər Mərkəzi”nin hüquqi xidmət göstərdiyi vətəndaş – A.İsmayılovun zərərçəkmiş şəxs olduğu 210050957 saylı cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin qərəzli olaraq aparılmaması barədə, aidiyyəti prokurorluqlara 2022, 2023 və cari ildə etmiş olduğu çoxsaylı sübutlu-dəlilli vəsatətlər, ərizələr, şikayətlər cinayət işi icraatında olan Sabunçu rayon prokurorluğunun prokuroru İbrahim Lənbəranski, müstəntiqləri Tural Mürsəlovla Fuad Babayevin, həmçinin Bakı şəhər və Baş prokurorluqların həmin cinayət işinin istintaqına nəzarət etmək vəzifəsi daşıyan aidiyyəti prokurorlar tərəfindən qərəzli olaraq icra etməmək üçün “ötür-ötürə” salaraq, xüsusi əmlakını və dövlət büdcəsinə ödənilməli olan külli miqdar məbləğdə pul vəsaitini mənimsəmiş mütəşəkkil cinayətkar dəstənin cinayət əməllərini “ört-basdır” etməyə çalışırlar.
Ötən illər ərzində istintaqda qəbul edilmiş bir sıra qərarları, digər sənədləri zərərçəkmiş şəxsə verməmək üçün istintaqçılar tərəfindən açıq-aşkar imtina edilməsi, gizlədilməsi, “yoxa çıxması” və digər qanunazidd əməllər barədə sonuncu dəfə 2024-cü ilin yanvar-fevral ayında Sabunçu rayon, Bakı şəhər və Baş prokurorluqlara çoxsaylı müraciətlər edilmişdir.
Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Fəqan Mahmudovun imzası ilə zərərçəkmiş şəxsə ünvanlanmış 9 ədəd məktubların bir hissəsinin mətni digərlərinə tam ziddiyyət təşkil edir, sitat:
“...Sabunçu rayon prokurorluğunda istintaq edilən 210050957 saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə A.İ.İsmayılovun müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə vətəndaşa məlumat verilməsini xahiş edirəm” və “AR CPM-nin 39.1.1. maddəsinə əsasən xitam verilmiş və bu barədə maraqlı şəxslərə məlumat verimişdir” göstərməklə, özü yazılı olaraq bir daha sübut edir ki, 210050957 saylı cinayət işinin istintaqına nəzarət etmək məsuliyyəti daşıyan vəzifəli şəxslər işin nəticəsində maraqlıdırlar, işin gedişatına müdaxilə edirlər və cinayət işinin istintaqının hər bir halda özlərinin maraqları çərçivəsində nəticələnməsi üçün zərərçəkmiş şəxsin tələb etdiyi sənədləri vermirlər, cinayət işinin istintaqı ilə bağlı şikayətlərim üzrə verilmiş çoxsaylı məhkəmə aktlarını qərəzli olaraq yerinə yetirmirlər. Və bu məqsədlərinin üstünün açılmaması üçün müraciətləri “ötür-ötürə salmaqdan, ört-basdır etməkdən” də çəkinmirlər.
Rəis müavini Fəqan Mahmudovun məktubların hər birində “vətəndaşa məlumat verilməsini xahiş edirəm” müraciətinə Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev nə tədbir görmüş, nə də vətəndaşa cavab vermiş, bir sözlə vecinə də almamışdır. Sanki, belə bir vəzifədə fəaliyyət göstərən şəxs mövcud deyil.
Sübut olaraq 210050957 saylı cinayət işi üzrə faktların bir qismini təqdim edirəm:
04.11.2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində AR CM-nin 178.3.2. maddəsi ilə cinyət işi başlanılaraq qanunauyğun qaydada istintaq hərəkətləri aparılmışdır.
10.11.2021-ci il tarixdə A.İsmayılov müstəntiq polis mayoru E.Köçəriyevin qərarı ilə “cinayət işi üzrə cərərçəkmiş şəxs” qismində tanınmış və ifadəsini aldıqdan sonra «Magna Trans» MMC-nin direktor müavini R.Xəlilovla üzləşdirmə istintaq hərəkətləri aparılmışdır və o, üzv olduğu mütəşəkkil bir dəstənin bütün cinayət əməllərini istintaqa tam etriaf etmişdir.
25.12.2021-ci il tarixdə direktor müavini R.Xəlilova cinayət işi üzrə CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və haqqında qəti imkan tədbiri seçilmişdir.
29.03.2022-ci il tarixdə - təqsirləndirilən şəxs R.Xəlilovun cinayət əməlləri CM-nin 179.3.2. maddəsinə tövsüf edilərək, cinayət işi aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir.
Cinayət işi Sabunçu rayon prokurorluğunun icraatına daxil olan vaxtdan:
1) 19.05.2022-ci il tarixdə - müstəntiq Tural Mürsəlov cinayət işinin istintaqını CPM-nin 53.1.1. maddəsi ilə dayandırılması barədə qərar qəbul etmişdir və qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir.
04.07.2022-ci il tarixdə Baş Prokurorun birinci müavini Eıçin Məmmədov, müstəntiq Tural Mürsəlovun 19.05.2022-ci il tarix qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və istintaq hərəkətlərini davam etdirmək göstərişini vermişdir.
2) 11.07.2022-ci il tarixdə - müstəntiq Tural Mürsəlov Baş Prokurorun birinci müavini Elçin Məmmədovun qərarını və göstərişini icra etmək əvəzinə, A.İsmayılovun “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir və bu qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir.
30.09.2022-ci il tarixdə, Sabunçu rayon Məhkəməsi 6(008)42/2022 saylı qərarla A.İsmayılovun şikayətini təmin edərək, onun “zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 11.07.2022-ci il tarixli qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün materialları prokurorluğa göndərmişdir.
Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər.
3) 29.08.2022-ci il tarixdə müstəntiq Tural Mürsəlov “Magna Trans” MMC-nin direktor müavini R.Xəlilov barəsində “Təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Qərarı zərərçəkmiş şəxsdən gizlətmişdir.
29.01.2024-cü il tarixdə 6(008)-2/2024 saylı və 09.02.2024-cü il tarixdə 6(008)-2/2024 saylı qərarlarla Sabunçu rayon Məhkəməsi A.İsmayılovun şikayətini təmin ermiş və müstəntiq Tural Mürsəlovun direktor müavini R.Xəlilov haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 29.08.2022-ci il tarixli qərarını qanunsuz və əsassız olması səbəbinə ləğv etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərmişdir.
Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər.
4) 03.11.2022-ci il tarixdə, Sabunçu rayon Məhkəməsi 6(008)-47/2022 saylı qərarla A.İsmayılovun şikayətini təmin etmiş, onun R.Xəlilov və başqaları ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət müstəntiq Tural Mürsəlovun hərəkətsizliyini qanunsuz hesab etmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları prokurorluğa göndərmişdir.
Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər.
5) 20.07.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 6(103)-267/2023 saylı qərarında göstərmişdir:
“A.İsmayılovun məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. 210050957 nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “cinayət işi üzrə icraatın dayandırılması” haqqında 02.03.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. A.İsmayılovun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti AR CPM-nin 85.2.7., 220.2., 220.3. maddələrinin tələblərinin pozulmasına cəlb edilsin və bu tələblərin yerinə yetirilməsi təmin edilsin.
Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz”.
Prokuror və müstəntiq məhkəmənin bu qərarını icra etməkdən qərəzli olaraq imtina edirlər.
Göstərdiklərim bir daha sübut edir ki, Sabunçu rayon prokuroru İbrahim Lənbəranski və müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev 2022, 2023 və 2024-cü illər ərzində verilmiş çoxsaylı məhkəmə qərarlarını qərəzli olaraq icra etməkdən imtina etmişlər.
Azərbaycan Respublikasının Konstitusiyası tələb edir:
- Məhkəmənin qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir. (maddə 129.);
- Azərbaycan Respublikasının Prokurorluğu qanunların icra olunmasına nəzarət edir (maddə 133.);
Konstitusiyanın tələblərini qərəzli olarq icra etməyən prokurorlara nə ad verilməlidir?
Məqsədlərini tam həyata keçirmək üçün prokuror İbrahim Lənbəranski cinayət işinə bir dəfəlik son qoymağı qərara alır və 26 dekabr 2023-cü il tarixdə 210050957 saylı cinayət işini müstəntiq Fuad Babayevin icraatına verir. İki gün ərzində cinayət işinin materiallarını “mükəmməl öyrənmiş” müstəntiq Fuad Babayev:
- 29 dekabr 2023-cü il tarixdə A.İsmayılovun “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir;
- 30 dekabr 2023-cü il tarixdə isə, CM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar vermişdir.
Müstəntiq Fuad Babayev hər iki qərarı zərərçəkmiş şəxs A.İsmayılovdan gizlətmişdir.
Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan cəmi iki nümunə gətirməklə, həmin sənədin hansı məqsədlə tərtib olunduğunu nəzərinizə çatdırıram:
1. Direktor M.Ağayevin ifaədsindən qərarda əks etdirilən və işin əsil mahiyyətinə aid olmayan mənasız, məzmunsuz, əlaqəsiz sözlər toplusunun hər bir sətri çoxsaylı suallar yaradır və saxtalıq olduğunu anlamaq üçün heç də xüsusi biliyə malik omağa da ehtiyac yoxdur;
2. Zərərçəkmiş şəxs kimi yeganə dəfə olaraq polisdə istintaqda dindirilmiş A.İsmaylov 3 il ərzində 120-dən çox sayda (sənədlər var) vəsatət, ərizə, şikayətlərlə bütün aidiyyəti prokurorlara müraciət edərək əlavə ifadəsinin alınmasını tələb etdiyi halda, nümunə üçün bircə dəfə olsun belə, nəinki dindirmək, onu heç prokurorluğun qapısından içəri buraxmayıblar.
Lakin, polisdə istintaq aparılarkən təqsirkar şəxs kimi istintaqa cəlb edilən və haqqında qətimkan tədbiri seçilmiş direktor müavini R.Xəlilovun törətmiş olduqları cinayət əməllərini etiraf etmiş olduğu polisdə alınmış ifadəsini və zərərçəkmiş şəxslə üzləşmə ifadəsindəki sübutları gizləmək məqsədi ilə, prokurorluqda almış olduqları onun “əlavə ifadə”sindəki “bilmirəm, etməmişəm, xəbərim yoxdur” və sairə sözləri qərarda mötəbər sübutlar kimi qabardaraq ona vəkillik etməkdən çəkinməmişlər.
Göstərdiyim qanun pozuntuları ilə bağlı, zərərçəkmişşəxs A.İsmayılov qanuni, əsaslı və ən başlıcası haqlı şikayətlərlə məhkəməyə müraciət edir və Sabunçu rayon Məhkəməsi onun bütün şikayətlərimi təmin edir:
- 29.01.2024-cü il tarixdə 6(008)-2/2024 saylı və 09.02.2024-cü il tarixdə 6(008)-2/2024 saylı qərarlarla R.Xəlilov haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 29.08.2022-ci il tarixli qərarını ləğv etmişdir.
- 01.02.2024-cü il tarixdə 6(008)-14/2024 saylı qərarla “zərərçəkmiş şəxs qismində cinayət işində iştirakıma xitam verilməsi” barədə müstəntiq Fuad Babayevin 29 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir.
- 13.02.2024-cü il tarixdə 6(008)-19/2024 saylı qərarla “cinayət işi üzrə icraata xitam verilməsi” barədə müstəntiq Fuad Babayevin 30 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir.
Hörmətli Baş prokuror!
Cinayət Məcəlləsinin cəmisi bircə maddəsi ilə istintaq edilən cinayət işi üzrə bu qədər kobud qanun pozuntularının olmasına dair məhkəmə qərarları olduğu halda, müstəntiqlə prokurorun haqqında Baş prokurorluğun Kollegiyasına müzakirəyə çıxarıb barələrində tədbir görmək əvəzinə, istintaqa nəzarət etməli olan prokurorlar məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsinə “karam, koram, dinmirəm” mövqeyini tutmuşlar.
Yuxarıda göstərdiyim davamlı və kobud qanun pozuntularını törətmiş, zərərçəkmiş şəxsə qarşı açıq-aşkar qanunazidd hərəkətləri davam etdirən, məhkəmə aktlarını icra etməyən və tutduqları vəzifələrdən sui-istifadə əməllərini davam etdirən Baş prokurorluğun və tabeçiliyində olan Bakı şəhəri və Sabunçu rayon prokurorluqlarının aidiyyəti vəzifəli şəxslərinin himayədarlığı altında:
- 210050957 saylı cinayət işinin bərbad hala salınmasına son qoyulmasını;
- Sabunçu rayon prokuroru İbrahim Lənbəranski və müstəntiqləri tətəfindən çoxsaylı məhkəmə qərarlarının icra edilməsini;
- Zərərçəkmiş şəxs A.İsmayılovun xüsusi əmlakı ilə bərabər, külli məbləğdə pul vəsaitini dövlət büdcəsindən gizlədilərək mənimsəmiş mütəşəkkil dəstənin, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasının təmin olunmasında köməklik edilməsini Sizdən xahiş edirik”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.