“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını “Sportinq”də başa vurmağı planlaşdırdığını bildirib.
“Qafqazinfo” TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: “Karyeramı “Sportinq”də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliya klubu məni böyüdüb. “Sportinq” olmasaydı, yəqin ki, “McDonald’s”da işləyəcəkdim”.
Xatırladaq ki, Ronaldo “Sportinq”in yetirməsi olub. O, 2003-cü ildə 18 yaşında “Mançester Yunayted”ə keçib.