“Real Madrid”in və Braziliya millisinin hücumçusu Vinisius Junior milli komanda ilə keçirdiyi mətbuat konfransında irqçilikdən danışarkən ağlayıb.
Son zamanlar futbolçu İspaniyada azarkeşlər tərəfindən fəal şəkildə təhqir olunub.
“Mən sadəcə futbol oynamaq, klubum və milli komandam üçün hər şeyi etmək istəyirəm. Mən insanların əziyyət çəkdiyini görmək istəmirəm. Bu, hər gün, hər matçda olur. Bu məni çox kədərləndirir. Bu, təkcə İspaniyada deyil, bütün dünyada baş verir. Atam da bu yolu keçib. Nə yaxşı ki, ailəm məni dəstəkləyir” - o bildirib.
Futbolçu qeyd edib ki, bunu dayandırmaq üçün insanlar yaxşı təhsil almalıdırlar.