• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkə həbsxanalarında məhbusların sayı rekord həddə çatıb



Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə - 76,7 min nəfərə çatıb.

Bu barədə “Report” “BFMTV” kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çataraq növbəti rekorda imza atıb. Eyni zamanda, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir.

Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.

Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 125%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

Eyni zamanda istintaq təcridxanalarında da vəziyyət daha ağırdır.

ƏN ÇOX OXUNANLAR

0.049099922180176