Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni “TX London Taxsis” markalı taksi minik avtomobilləri üçün GPS avadanlıqları alır.
Ölkə.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qurum bununla bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, 153 taksi minik avtomobili GPS-lərlə təchiz ediləcək. AYNA sifariş verdiyi GPS avadanlıqlarının satın alınmasına 310 min manata yaxın ödəniş edib.
Qeyd edək ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib. TX modelli “London taksi”ləri Azərbaycanda bir neçə ildir ki, istismara buraxılıb. “LEVC TX4” modelli London taksilərinin isə əksəriyyətinin istismar müddəti başa çatıb və onlar xətdən çıxarılıb.