"Crocus Sity Hall"a hücum edən terrorçulardan Şəmsidin Fəriduninin anası Müəssər Zərgərova oğlunun hərəkətlərinə görə həlak olanların yaxınlarından üzr istəyib.
Ölkə.Az xəbər verir ki, Zərgərova üzr istəyərək deyib: “Ölənlərin qohumlarından ailəm adından bağışlanma diləyirəm. Onlar da anadır, oğulları var, anası var”.
O eyni zamanda oğluna nəyə görə belə bir cinayət törətməsi ilə bağlı müraciət edib.
"Oğlum, niyə belə etdin? Nə üçün? Kimin üçün? Əgər Allaha görədirsə, heç vaxt şəhid hesab edilməyəcəksən", - Şəmsidinin anası vurğulayıb.
Mürtəza
Ölkə.Az