• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Alimlərdən Marsla bağlı inanılmaz kəşf



ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri müəyyən ediblər ki, Mars dərhal susuzlaşmayıb.

Planetdə zamanla rütubət və quraqlıq dövrləri bir-birini əvəz edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Kosmik Agentliyin rəsmi saytında məlumat verilib.

Tədqiqatçıların qənaətləri “Curiosity” roverinin əldə etdiyi yeni məlumatlara əsaslanır.

Qurğunun süxurların tərkibi haqqında ötürdüyü məlumatda suyun buxarlanması zamanı tez-tez əmələ gələn sulfatlarla, duzlu minerallarla zəngin təbəqə aşkarlanıb.

Bu isə o deməkdir ki, Marsın bu bölgəsini bir neçə dəfə su basıb.

ƏN ÇOX OXUNANLAR

0.025689125061035