Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərin Rusiya Federasiyasında il ərzində müvəqqəti qalma müddətinin 90 günə endirilməsini təklif edib, müvafiq qanun layihəsi hökumətə təqdim edilib.
Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
O qeyd edib ki, nazirlik miqrasiya sahəsində dövlət nəzarətini gücləndirən qanun layihəsi üzərində işi başa çatdırıb.
Sənədə təklif edilən mühüm dəyişikliklərdən biri belədir: "Əcnəbi vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti bir təqvim ili ərzində ümumilikdə 90 gündən çox olmamaq şərti ilə qala bilər".
Qeyd edək ki, mövcud qaydaya görə əcnəbi yarım təqvim ili ərzində 90 gündən çox qala bilməz.
Mürtəza
Ölkə.Az