• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putinin G20 sammitinə səfərini təşkil etmək istəyir



Braziliya hakimiyyəti və Prezident Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin “həbs olunmasına” dair mövcud orderinə baxmayaraq, G20 sammitinə səfərini təşkil etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Lula da Silva hökuməti beynəlxalq həbs qərarı olmasına baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin Braziliyaya səfərini dəstəkləyən hüquqi arqumentlərlə rəy təqdim edib”, – nəşr yazır.

Qeyd olunur ki, dövlət başçılarına toxunulmazlıq təklif edən sənəd 2023-cü ilin noyabrında BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Braziliyada keçiriləcək G20 sammitinə səfərinin mümkünlüyünün hələlik nəzərdən keçirilmədiyini bildirib.

ƏN ÇOX OXUNANLAR

0.048472166061401