- 5
ENDİRİLİR
ENDİRİLİR
Xəbər verdiyimiz kimi, martın 31-də Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.
Ölkə.Az "Gloob"a istinadla xəbər verir ki, yeni başçıların maaşı onların işlədiyi şəhərin əhalisinin sayından asılı olaraq dəyişir.
Həmin siyahısını təqdim edirik:
Ekrem İmamoğlu (İstanbul), Mansur Yavaş (Ankara), Fatma Şahin (Gaziantep) hər 3-nün başçılıq etdiyi şəhərin əhalisi 2 milyondan çox olduğundan 176 735 lirə (təx. 9400 manata yaxın) maaş alır.
Vahap Seçer (Mersin), Mehmet Ontürk (Hatay) və Memduh Büyükün (Kayseri) başçı olduğu şəhərlərin əhalisi isə 1-2 milyon aralığında olduğundan onların aylıq məvacibi isə 144 300 lirəyə (7600 manatdan çox)bərabərdir.
Ahmet Metin Genç (Trabzon), Ayşe Ünlüce (Eskişehir) və Sami Erin (Malatya) bələdiyyə sədri olduğu şəhərlərin əhalisi 500 min - 1 milyon aralığında olduğundan onlar 119 670 lirə (6300 manatdan çox) alır.
Tanju Özcan (Bolu), Rahmi Metin (Rize) və Hasan Baltacının (Kastamonu) sədr olduğu şəhərlərin əhalisi 250-500 mindir və maaş 104 453 lirə (5500 manatdan çox) təşkil edir.
Türkiyədə əhalisi 100-250 min olan şəhərlərdə başçılar 89 235 lirə (4700 manatdan çox), 50-100 000 olan şəhərlərdə isə 77 822 lirə (4110 manatdan çox) maaş verilir.