İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinə zərbə endirib, konsulluğa, yaxud səfirliyə deyil...
"Ölkə.az" axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.
“Kəşfiyyat məlumatlarına görə, bu, konsulluq, yaxud səfirlik deyil. “Əl-Qüds” Briqadasına məxsus hərbi obyekt olub. Bu obyekt mülki bina kimi maskalanmışdı”, - deyə Haqari bildirib.
Qeyd edək ki, ötən gün İsrailin müdafiə ordusunun Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.