Avropa İttifaqı müharibə vəziyyətində deyil və buna da getməyəcək.
“Ölkə.az” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel “La Sexta” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ özünümüdafiə qabiliyyətini artrmalı olsa da, müharibə aparmaq niyyətində deyil.
“Avropanın şərqində müharibə var və o, sona çatmaq üzrə deyil. Avropalılar başa düşməlidirlər ki, qitədə sülh vacibdir. Əgər biz müharibədə olsaydıq, üçüncü dünya müharibəsindən danışardıq", - diplomat qeyd edib.