Ukrayna artıq terrorçu dövlətə çevrilib.
"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
O, “keçmiş Ukraynanın terrorçu dövlət” kimi tanınması ilə bağlı müzakirələri “tamamilə sxolastik” adlandırıb.
“Əslində, Ukrayna artıq öz və başqalarının vətəndaşlarını öldürən terrorçu dövlətdir. Ukrayna onları şəhərlərdə və səngərlərdə öldürür, həbsxanalarda belə öldürür”, - Medvedev qeyd edib.