• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkə Almaniyanı 20 min fil göndərməklə hədələdi: "Zarafat etmirik"



Bostvana Almaniyanı bu ölkəyə 20 min fil göndərməklə hədələyib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Bostvana Prezidenti Mokvetsi Masisi Almaniyanın "Bild" qəzetinə danışıb. O, Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və avadanlıqlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib. 

Masisi təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının həddindən çox artdığını deyib. O əlavə edib ki, fil sürüləri mülklərə və məhsullara ziyan vurur və insanların ölümünə səbəb olur.

Bostvana lideri ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edib:

"Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır" .

Masisi Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladıb.  Bostvana Prezidenti fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini deyib. O, bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini söyləyib.

Qeyd edək ki, dünyada ən çox fil - bütün fillərin üçdə biri Bostvanada yaşayır. Bostvanada 2014-cü ildə fil ovu qadağan edilsə də, bu heyvanların çox artmasından sonra 2019-cu yerli əhalinin tələbinə uyğun olaraq qadağa ləğv edilib.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.031586885452271