• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kiyevin növbəti hədəfi: Yaxın vaxtlarda dağıdılacaq - The Guardian



Ukrayna Baş Kəşfiyyat İdarəsinin Rusiya neft emalı zavodlarına uğurlu hücumlarından sonrakı əsas hədəfi Krım körpüsünü məhv etməkdir.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Bu barədə nəşrə yüksək rütbəli Baş Kəşfiyyat İdarəsinin rəsmiləri məlumat verib.

Bildirilib ki, Krım körpüsünün dağıdılması qaçılmaz prosesdir. Çünki Kiyev Krım körpüsünü Krımın ilhaqının mənfur simvolu hesab edirlər. Ona görə də növbəti mərhələdə körpünün məhv edilməsi nəzərdə tutulur. Körpünün məhv edilməsi, Ukraynanın Krımı azad etmək kampaniyasını gücləndirəcək və döyüş meydanında və döyüş meydanından kənarda əhvali-ruhiyyəni yüksəldəcək.

Ukrayna kəşfiyyatçıları nəşrə hadisənin çox yaxında, 2024-cü ilin birinci yarısında baş verəcəyini bildiriblər.

Ukraynanın hücumu necə həyata keçirəcəyi bəlli deyil: “Baş Kəşfiyyat İdarəsinin belə yaxşı qorunan və aşkar hədəfə qarşı xüsusi əməliyyat keçirməyə qadir olub-olmadığına dair ciddi şübhələr var”.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.029282808303833