• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çörçilin qızıl unitazını oğurlayan ingilis günahını etiraf edib




Böyük Britaniyada bir nəfər Uinston Çörçilin doğulduğu Marlboro hersoqlarının ailə mülkü olan Blainheim sarayından qızıl unitaz oğurladığını etiraf edib. 

Ölkə.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

“Amerika” adlı 18 karat qızıl sənət əsəri italyan rəssam Mauritsio Kattelan tərəfindən yaradılıb. 2016-cı ildə Nyu-York Muzeyində nümayiş etdirilib. Daha sonra Marlboro hersoqlarının ailə əmlakına aparılıb. Unitaz 2019-cu ildə həmin malikanədən oğurlanıb.

Polis hadisə ilə bağlı dörd şübhəlini saxlayıb. Saxlanınanlardan 39 yaşlı Ceyms Şin günahını etiraf edib. Digər saxlanılanlar isə oğurluqda heç bir əlaqəsinin olmadığını bildiriblər. Onlar gələn il mühakimə olunacaqlar.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.026417970657349