• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gürcü deputat iclas zamanı qadın həmkarlarını təhqir etdi



Gürcüstan parlamentinin “Gürcü arzusu” partiyasında gender kvotası qaydası ləğv edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Georgia today” məlumat yayıb.

Qeyd olunub ki, partiyanın aprelin 1-də keçirdiyi iclasda gender kvotalarının ləğvini nəzərdə tutan “Qırçı” təşəbbüsünün dəstəklənməsi məsələsi müzakirəyə çıxarılıb.

“Gürcü Arzusu” partiyasından olan deputatların əksəriyyəti bu təşəbbüsün lehinə səs verib. Lakin deputat Beka Odişariya parlamentdə qadın kvotalarının ləğvi ilə bağlı müzakirələr zamanı onu korrupsiyada ittiham edən qadın həmkarlarını təhqir edib.

O, bu hərəkəti ilə sosial mediada sərt tənqidlə üzləşib.

Qeyd edək ki, təşəbbüsə görə, partiya siyahısında ən azı hər 4-cü namizəd fərqli cinsdən olmalıdır. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, gender kvotası qaydası bu həftə ləğv ediləcək.

ƏN ÇOX OXUNANLAR

0.025633096694946