Cənubi Afrika Respublikasının “Kaizer Chiefs” klubunun futbolçusu Luk Flers yanacaqdoldurma məntəqəsində öldürülüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti polisin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, şübhəlilər odlu silahı 24 yaşlı futbolçuya tuşlayaraq onu maşından çıxarıblar, daha sonra isə bədəninin yuxarı nahiyəsinə atəş açıblar.
Futbolçunun ölümünü “Kaizer Chiefs”in mətbuat xidməti təsdiqləyib.
“Böyük kədər hissi ilə Luk Flersin dünən gecə Yohannesburqda baş verən insident zamanı faciəvi şəkildə öldüyünü bildiririk”, -açıqlamada bildirilir.
Qeyd edək ki, Flers keçən ilin oktyabr ayından “Kaizer Chiefs”də oynayır. Əvvəllər müdafiəçi “SuperSport United” və “Ubuntu Keyptaun” klublarında çıxış edib. Cənubi Afrika Olimpiya komandasında oynayıb.