• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lukaşenko həmin qadına görə səhərə kimi YATMAYIB: "Çətin hisslər keçirdim"



"Ekipajında ilk Belarus kosmonavtı olan kosmik gəminin boşaldılması və enişindən narahat olduğum üçün bütün gecəni yatmamışam".

"Ölkə.az" xəbər verir ki, bu etirafı Belarus Prezidenti Aleksandr Lukaşenko edib.

Xatırladaq ki, "Soyuz MS-24" kosmik gəmisi şənbə günü səhər BKS-dən ayrılaraq Bakı vaxtı ilə saat 11:17-də Qazaxıstanın Jezkazqan şəhərindən 147 km aralıda yerə enib.

Ekipajda Roskosmosun kosmonavtı Oleq Novitski, Belarusdan olan ilk qadın kosmonavt Marina Vasilevskaya və NASA astronavtı Loral O'Hara olub. Vasilevskaya BKS-sə martın sonunda gedib və stansiyada 12 gün qalıb.

Bu tarixi hadisəni şərh edən Belarus lideri etiraf edib ki, stansiyadan ayrılmanı canlı izləyərkən çətin hisslər keçirib.

O, nəticədən çox razı qalıb. Ancaq nədənsə, qısa müsahibənin sonunda “artıq bu oyunu oynamayacağını” deyib.

Qeyd edək ki, Lukaşenko xokkey matçından sonra Vasilevskayanın uçuşunu şərh edib.

ƏN ÇOX OXUNANLAR

0.026180028915405