Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.
O bildirib ki, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin onlara Ukrayna ordusunun prioritet ehtiyacları və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyası barədə məlumat verib.