• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənilərin "bizimdir" dediyi kilsə satışa çıxarıldı



Türkiyənin Sivas vilayətində yerləşən kilsə satışa çıxarılıb.

"Ölkə.az" xəbər verir ki, 1915-ci ildə xristianlar ərazini tərk etdikdən sonra tikili Hatice Akai adlı yerli sakinin mülkiyyətinə keçib. Akai onu satmaq qərarına gələrək daşınmaz əmlak agentliyinə müraciət edib.

Əmlak agenti Türkiyənin DHA xəbər agentliyinə bildirib ki, kilsənin satışında heç bir maneə yoxdur.

“Kupça var və satışda heç bir maneə yoxdur. Kilsə 1-ci dərəcəli qoruq ərazisidir və mühafizə altındadır. Bu gündən satışa çıxarmışıq və bunun üçün 16 milyon lirə (təxminən 500.000 dollar) istəyirik.

Qeyd edək ki, kilsə 19-cu əsrdə tikilib. 2012-ci ildə mühafizəyə ehtiyacı olan 1-ci qrup mədəni daşınmaz əmlak kimi qeydiyyata alınıb.

Türkiyə mətbuatında bu məlumat yayıldıqdan sonra Ermənistan mediası dərhal hərəkətə keçib və kilsənin ermənilərə məxsus olduğunu iddia edib.(publika.az)

ƏN ÇOX OXUNANLAR

0.041586875915527