• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəhər merinin evindən 70 kq narkotik vasitə tapıldı



Fransa polisinin Yonna departamentinin Avallon kommunasının meri Camili Habsauinin evində apardığı axtarış nəticəsində ondan 70 kq narkotik vasitə aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Əməliyyat ölkənin Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Telekanalın qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarında kommuna merinin qardaşının qadağan olunmuş narkotik maddələrin alveri ilə əlaqəsi barədə məlumat var idi.

Habsaui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon meri vəzifəsinə seçilib.

ƏN ÇOX OXUNANLAR

0.03251314163208