• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zurabyan: Qərb yardımı 10 dəfə azaldıb



"Biz baş verən hadisələrə, rusların və Qərbin Ermənistana qarşı etdiklərinə görə yalnız öz hakimiyyətimizin siyasətini günahlandırmalıyıq. Bu 90-cı illərdə də belə idi. Bu, keçmişdə uğuru təmin edən yeganə rasional yanaşmadır”.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Tərəqqi Partiyasının koordinatoru Levon Zurabyan öz Facebook səhifəsində aprelin 5-də Paşinyan-Blinken-Von der Leyen görüşünün uğursuzluğu ilə bağlı yazısında qeyd edib. 

O qeyd edib ki, Ermənistan 90-cı illərdə Qərbdən Paşinyan hakimiyyəti dövründə vəd etdiyindən 10 dəfə çox maliyyə dəstəyi alıb: "Əslində, bu, bizim üçün geriləmədir, yoxsa görünməmiş tarixi dönüş nöqtəsidir? Məncə, cavab aydındır".

Onun sözlərinə görə, ABŞ və Aİ Ermənistana qarşıdakı müddətdə ümumilikdə təxminən 360 milyon ABŞ dollar həcmində yardım edəcək. "Nəticədə onlar nəinki əvvəllər verdikləri vədləri yerinə yetirməyiblər, həm də vədlərin məbləğini 10 dəfədən çox azaldıblar.

Yeri gəlmişkən, bu, Qərbi tənqid üçün səslənən fikir deyil. Qərb əlindən gələni edir və bunu məqsədəuyğun hesab edir. Sadəcə olaraq, Qərbin imkanlarını və bizə kömək etmək istəyini çox ayıq şəkildə qiymətləndirmək lazımdır.

Bu, Paşinyan hakimiyyətinə öz uğursuzluqlarını ört-basdır etmək və sırf şəxsi maraqları naminə xalqımızı aldadan və Qərbə “tarixi dönüş” nəticəsində parlaq gələcək və qızıl dağlar vəd edən “yalançı qərbpərəstlər”ə qarşı tənqiddir", - Zurabyan yazıb. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.50600719451904