• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tavuşda ermənini ayı parçaladı



Meşəyə mövsümi göyərti yığmağa gedən Lusadzor kəndindən olan 33 yaşlı gənc ayı hücumuna məruz qalıb.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Tavuş rayonunun Lusadzor kənd sakini, 1990-cı il təvəllüdlü sakini hərbi xidməti başa vurduqdan sonra tikinti və kənd təsərrüfatı ilə məşğul olub. "O, həmkəndliləri ilə birlikdə Açarkut kəndindəki meşəyə mövsümi göyərti yığmağa gedib. Meşədə onlar ayrılıblar və axşam kişi meşədə təyin olunmuş yerə gəlməyib. Onun meyitini həmkəndliləri aşkar ediblər. Yerli sakinlər deyirlər ki, meşənin bu hissəsində ana ayı və balaları yaşayır. Onların ehtimalına görə, 33 yaşlı kişini ayı parçalayıb. Ölən şəxs iki azyaşlı uşaq atası olub", - erməni mediası yazır.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.052726030349731