Tayvanda zəlzələ xəbərdarlığı SMS-i sürücünün həyatını xilas edib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələlərin tez-tez baş verdiyi ölkədə qabaqcıl texnologiya insanların köməyinə çatır.
Belə ki, Tayvanda bir sürücü zəlzələ xəbərdarlığı sisteminin mesajına qulaq həssas yanaşaraq avtomobilini tunelin altında saxlayıb. O, beləliklə zəlzələnin təsirindən qorunmağı bacarıb və sağ qalıb.
Xatırladaq ki, ötən həftə Tayvanda 7,4 maqnitudalı zəlzələ baş verib. Bu, son 25 ilin ən güclü zəlzələsidir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Hualyan şəhərindən təxminən 18 km cənubda yerləşib. Bu, insanların az məskunlaşdığı dağlıq bölgədir. Yeraltı təkanlar paytaxt Taybeydə də hiss olunub.
Billurə