• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransada məscid atəşə tutulub




Ramazan ayının başa çatması ərəfəsində naməlum şəxslər Fransanın şimalındakı Çerburq şəhərində məscidə atəş açıblar.

Ölkə.Az xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıb. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Mart ayında Fransa Daxili İşlər Nazirliyi 2023-cü ildə Fransada irqçilik, ksenofobiya və dini nifrət zəminində törədilən cinayətlərin sayının 32% artdığını bildirib. Daxili işlər naziri Gerald Darmanin də qeyd edib ki, 2023-cü ildə Fransada müsəlmanlara qarşı hücumlar əvvəlki ilə nisbətən 30% çox olub.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.035696029663086