• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yoxsulluq nazirinin korrupsiya istintaqında 24 milyon dollar ələ keçirildi



Nigeriyada Humanitar Məsələlər və Yoxsulluğun Azaldılması naziri Betta Edudan 24 milyon dollar müsadirə edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Nigeriyanın İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) açıqlayıb.

Qurum ölkədə işdən çıxarılan nazirlə bağlı davam edən korrupsiya istintaqı çərçivəsində 30 milyard naira (24 milyon dollar) müsadirə edildiyini açıqlayıb.

EFCC xalqa bərpa edilmiş vəsaitlərin federal hökumətin kassasında olduğuna zəmanət verib.

Qeyd edək ki, nazir Betta Edu ilin əvvəlində korrupsiya iddialarından sonra vəzifəsindən uzaqlaşdırılıb.Onun 640 min dollarlıq dövlət pulunun şəxsi bank hesabına köçürüldüyü iddia edilib. Daha sonra isə Nigeriya Prezidenti Bola Tinubu iddialarla bağlı araşdırmalara başlamaq üçün göstəriş verib.

Onu da əlavə edək ki, Nigeriyada nazirin vəzifədən uzaqlaşdırılması nadir hadisədir.

Billurə

 

ƏN ÇOX OXUNANLAR

  • 5
"Neftçi" qalib gəldi
0.04631495475769