ABŞ-dən Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan (təxminən 850 min manat) çox olan kokain aşkar edilib.
Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb və görüntülər paylaşıb.
“Qiymətli” yük paltar və ayaqqabı arasında gizlədilib. Həmçinin, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı kokain tapılıb. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib”, - deyə qurumdan bildirilib.