Rusiya paytaxtında miqrantlara qarşı reyd keçirilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı miqyaslı reyd zamanı 6 mindən çox qanun pozuntusu aşkar edilib. Nəticədə 836 xarici vətəndaşın Rusiyadan deportasiya olunması barədə qərar verilib. (APA)