Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ölkə.az report-a istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.