- 7
ENDİRİLİR
ENDİRİLİR
ABŞ dövlət katibi Antoni Blinken Çin, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığında onları İranı Yaxın Şərqdə münaqişəni gərginləşdirməkdən çəkinməyə inandırmağa çağırıb.
Ölkə.Az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O vurğulayıb ki, İranın Dəməşqdəki konsulluğuna hücuma mümkün cavab reaksiyası səbəbindən regionda vəziyyətin gərginləşməsi “heç kimin marağında deyil”.
Əlavə edib ki, Vaşinqton bu problemi həll etmək üçün diplomatik kanallar və avropalı tərəfdaşlarla qarşılıqlı əlaqə qurur.
“Wall Street Journal” nəşri yazdığına görə, İranın 24-48 saat ərzində İsrailə hücum edəcəyini yazıb. Nəşrin məlumatına görə, İran ordusu Qəzza yaxınlığında və ya Qolan təpələrinə hücuma keçə bilər.