• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ HƏMAS komandirlərinə qarşı sanksiyalar tətbiq edib



ABŞ administrasiyası pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyatlara, həmçinin kiberməkanda hücumlara görə məsuliyyət daşıyan Fələstinin HƏMAS hərəkatının dörd komandirinə qarşı sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

"Birləşmiş Ştatlar HƏMAS-ın qeyri-sabitliyi pozan terrorçuluq cəhdlərinin qarşısını almağa davam edəcək. HƏMAS terrorçularının ələ keçirdikləri hər yerdə, o cümlədən kiberməkanda hücumlar təşkil edir”, - diplomat vurğulayıb.

 

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
1.1821939945221