"Dünyanın diqqəti İranın İsrailə qarşı hansı cavab hücumu edəcəyinə yönəldiyi halda, ən çox danışılan və müzakirə olunan məsələ iki ölkə arasında birbaşa müharibənin olub-olmayacağıdır. İran müəyyən etdiyi hədəfi vurmaq üçün doğru yeri və vaxtı gözləyir və çox güman ki, dünən gecə baş verənlər bunun üçün məşq ola bilər. Amma birbaşa İran-İsrail müharibəsi çətindir, baxmayaraq ki, hücuma məruz qalan konsulluq binası, yəni öz ərazisi deməkdir".
Ölkə.Az xəbər verir ki, bu barədə "Milliyet"də "ABD-İsrail-İran kirli oyunlar" məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, müharibədən danışılırsa, proksi güclər arasında həmişə davamlı isti təmas olub: "Bu mənada İranın Hizbullah, Həşdi-Şabi və Husilər kimi bir çox aparatının olduğu hər kəsə məlumdur. Onların hücumları da açıq və tez-tez təkrarlanır. Eynilə dünənki nümunələr kimi. Odur ki, günlərdir danışılan gərginliyin artmasının və hay-küyün səbəbi əslində çox sadədir... Böyük bir müharibədən narahat olaraq Qəzza məsələsini arxa plana keçirməkdir. Bununla Qəzzada davam edən qırğını və beynəlxalq yardım işçilərinin güllələnməsini unutdurmağa çalışır. Buna görə də İsrail daim İranı təhrik edir, qəsdən gərginliyi artırır. Bununla da vəziyyəti öz xeyrinə çevirməyə çalışır.
Bu, Qəzzanı unutdurmaq və oradakı qırğını daha da artırmaq Netanyahunun planıdır.
O, müəyyən mənada buna nail olub. ABŞ daha çox İsraili dəstəkləməkdə davam edir.
Bayden İran və onun proksi güclərindən gələn təhdidlərə qarşı İsrailə tam dəstək verdiklərini bəyan edib: “Hər şeyi edəcəyik. Biz İsrailin təhlükəsizliyini qoruya bilərik”.
Livandan atılan Hizbullah imzalı raketlərlə İsraildə həyəcan siqnalları işə düşdükdən sonra Bayden bir daha bəyan etdi ki, biz İsrailin müdafiəsinə sadiqik.
O, İrana “bunu etmə” deməklə hədələrin dozasını artırıb. Məlumdur ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Kurillanı İran və onun proksi güclərinin İsrailə qarşı mümkün hücumuna qarşı müdafiə planlarını müzakirə etmək üçün Təl-Əvivə göndərilib", - məqalədə qeyd olunub.
Məqalədə həmçinin qeyd olunur ki, ABŞ PKK/PYD/ YPG və İŞİD terrorçularından istifadə etməklə İrana qarşı yeni planlar qurduğu açıq-aşkar görünür.
Mürtəza
Ölkə.Az