“Ginnesin Rekordlar Kitabı”na dünyanın ən yaşlı siam əkizləri kimi düşən Lori və Cor Şappel 62 yaşında vəfat edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Açıqlamada əkizlərin Pensilvaniya Universitetinin Xəstəxanasında naməlum səbəbdən öldüyü qeyd olunub.
Qeyd edək ki, doğulduqları vaxt ən çox 30 yaşa qədər yaşayacaqları proqnozlaşdırılan əkizlər 62 il 202 gün sağ qalıblar.