Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
“Ölkə.az” xəbər verir ki, ötən gün keçirilən “Samsunspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib - 1:1.
Qonaqların heyətində meydana çıxmış Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.
O matç ərzində həm fantastik qurtarış, həm də kobud səhvlə yadda qalıb.
Qarşılaşmanın videoicmalını təqdim edirik: