• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İşə düzəlməkdə çətinlik çəkənlərə ŞAD XƏBƏR



Bu gün yeni rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin surətlə inkişafı fonunda bir sıra peşələrin sıradan çıxması, yenilərinin əmək bazarına daxil olması, həmçinin əhalinin məşğulluğu və işsizlik problemləri bütün dövlətlərin və cəmiyyətlərin qarşısında duran əsas problemlərdəndir. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında  “Məşğulluq haqqında”  qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Qanuna nəzərdə tutulan dəyişiklıiklərin əhəmiyyətindən danışan komitə sədri bildirib ki,  nəzərdə tutulan dəyişikliklərin sosial müdafiəyə ən çox ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da genişləndirilməsi, bu sahədə mövcud  hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.

O əlavə edib ki, dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlərin ayrılmasını da nəzərdə tutur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya sistemində Məşğulluq altsistemi və Vakansiya bankı fəaliyyət göstərir və bu sahədə göstərilən bütün xidmətlər elektronlaşdırılıb. 

O əlavə edib ki, son altı ildə həyata keçirilmiş islahatlar nəticəsində 545 min şəxs işlə təmin olunub, 131 mindən artıq şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğuna nail olunub, 80 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunması təmin edilib. 

İndiyədək 27 mindən çox şəxsin peşə hazırlığı keçdiyini deyən nazir müavini, bu gün 130-a yaxın peşə hazırlığı mərkəzləri ilə əməkdaşlığın həyata keçirildiyini, həmçinin ölkə üzrə nazirliyin tabeliyində olan mərkəzlərin sayının 10-a çatdırılmasının nəzərdə tutulduğunu bildirib. 

O eyni zamanda qeyd edib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq. 

Diqqətə çatdırılıb ki, hər iki dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına çıxışını artırmaq məqsədi daşıyır. Təqdim olunan dəyişikliklər qəbul olunacağı təqdirdə il ərzində əlavə olaraq 15 minə yaxın işsiz və iş axtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilə bilər. 

ƏN ÇOX OXUNANLAR

0.018879890441895