- 4
ENDİRİLİR
ENDİRİLİR
Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Elçin Məmmədovun dosyesini təqdim edirik:
Əslən Cəbrayıl rayonundan olan E.Məmmədov Türkiyənin İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb və 44 günlük Vətən müharibəsində iştirak edib. O, Ali Baş Komandan tərəfindən ”Vətən uğrunda” medalı ilə təltif edilib.
O, bir müddət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.
30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilib. 11 mart 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.