• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Roberto Bacco döyüldü və qarət edildi



İyunun 20-də axşam saatlarında silahlı quldur dəstəsi italyan futbolçu və "Qızıl top” mükafatının sahibi Roberto Bacconun villasına soxulub. Soyğunçulara müqavimət göstərmək istəyən futbolçunun başına tapança ilə zərbə endirilib və bütün ailəsi ilə birlikdə otağa qapadılıb. 

Qaynarinfo "Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, Bacco qapını sındıranda cinayətkarlar artıq qaçıbmış.

Qəzetin məlumatına görə, oğurluq zamanı futbolçu bütün ailəsi ilə birlikdə Avro-2024-ün İspaniya-İtaliya matçını izləyirmiş. Futbolçunun ailəsi televizor qarşısında olub, villada siqnalizasiya sistemi söndürülüb. Güman edilir ki, həmin axşam güclü isti səbəbindən evdə bir neçə pəncərə və qapı da açıq olub. Qəzetin yazdığına görə, cinayətkarlar azı beş nəfər olub və onlar italyanca əcnəbi ləhcə ilə danışırmışlar.

Oğruları görən Roberto Bacco onlardan biri ilə əlbəyaxa olub. Qısa mübarizədən sonra soyğunçu tapançanın qundağı ilə futbolçuya zərbə endirib və onun başı qanayıb. Soyğunçular evdən qiymətli əşyaları çıxararkən futbolçu və ailə üzvləri otaqda təxminən 40 dəqiqə bağlı qalıb. "Qızıl top” sahibi cinayətkarların getdiyini anlayanda qapını sındıraraq polisə müraciət edib. Tezliklə futbolçu xəstəxanaya yerləşdirilib və yarasına bir neçə tikiş qoyulub. Dəymiş ziyanı dəqiq qiymətləndirmək hələlik mümkün deyil, lakin, "Corriere della Sera”nın məlumatınaə görə, oğrular pul, saat və zinət əşyalarını aparıblar.

ƏN ÇOX OXUNANLAR

0.088222026824951