• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

AVRO-2024: Gürcüstan ilk xal, Türkiyə və Portuqaliya növbəti mərhələ arzusunda - AFİŞA



Bu gün AVRO-2024-ün F qrupunda Türkiyə ilə Portuqaliya seçmələri üz-üzə gələcək. Günün digər qarşılaşmalarında Gürcüstan Çexiya, Belçika isə Rumıniya ilə qarşılaşacaq.

Ölkə.az xəbər verir ki, günün ilk matçında Gürcüstan seçməsi Çexiya ilə üz-üzə gələcək. İlk görüşdə Türkiyə millisinə 1:3 hesabı ilə məğlub olan gürcüstanlılar Çexiya ilə görüşdə qələbə qazanaraq azarkeşlərini sevindirməyə çalışacaqlar. Çexiya millisi isə Portuqaliya ilə matçdakı məğlubiyyəti unutdurmaq niyyətindədir. Hər iki komanda xalsız olduğundan qələbə uğrunda gərgin mübarizə aparmalı olacaq.

Günün böyük maraqla gözlənilən görüşü isə Türkiyə və Portuqaliya seçmələri arasında keçiriləcək. Hərəyə üç xalı olan komandalar liderlik postunu ələ keçirərək 1/8 final mərhələsinə adlamaq üçün bütün fürsətlərdən yararlanmağa çalışacaq. Türkiyə millisinin heyətinin gənc futbolçulardan Portuqaliya seçməsinin isə təcrübəli oyunçulardan ibarət olması futbol azarkeşlərinə olduqca maraqlı futbol tamaşası vəd edir.

E qrupunda qərarlaşan Belçika isə Rumıniya ilə görüşəcək. İlk turda gözlənilmədən Slovakiya millisinə minimal hesabla məğlub olan Belçika seçməsi Ukrayna üzərində 3:0 hesablı inamlı qələbə qazanan Rumıniya yığmasına qarşı mübarizə aparacaq. Belçikalıların bu dəfə qalib gələrək məğlubiyyəti unutdurmağa çalışacağı proqnozlaşdırılsa da, Rumıniya ilə görüşdə bu, heç də asan vəzifə sayılmır. Rumıniyalılar çətin görüşdə qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin etmək niyyətindədirlər. Belçika seçməsi isə ümidlərinin hələ də davam etməsi üçün mütləq qələbə qazanmalıdır.

 

22 iyun

Gürcüstan - Çexiya

Saat 17:00, "Volksparkstadion"

Türkiyə - Portuqaliya

Saat 20:00, "Siqnal Iduna Park"

Belçika - Rumıniya

Saat 23:00, "RheinEnergieStadion"

ƏN ÇOX OXUNANLAR

0.08349609375