• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Məhəllə"nin "Məzi"sinin doğum günüdür



Bu gün Əməkdar artist Elçin Həmidovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Elçin Qəzənfər oğlu Həmidov 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub.

Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.

Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsində ali təhsil alıb.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.

"Olmadı elə, oldu belə"də "Gülüstan", "Boşanaq, evlənərik"də "İkram", "Qarğa məndə qoz var"da "Zərzibonskaya", "Qızıl gül"də "Azay", "Beş manatlıq gəlin"də "Nadir", "O olmasın, bu olsun"da "Rza bəy", "Talelər qovuşanda"da "Totuş", "Ər və arvad"da "Kəblə Qubad" rolları ilə tamaşaçıların ürəyini fəth edib.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi.

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin "Planet Parni iz Baku" şən və hazırcavablar klubunun əsas simalarından biri idi.

Elçin bu teatrda gözəl obrazlar yaradıb. O cümlədən "Məhəllə 1" və "Məhəllə 2" filmlərində canlandırdığı "Məzi" obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür.

Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" komediyasında "Yaiçnitsa"dır.

2011-ci il martın 4-ü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

ƏN ÇOX OXUNANLAR

0.05724310874939