• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zelenskidən Kremlə təklif: Bu obyektlərə zərbə endirməyək



Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumdan qarşılıqlı imtina eskalasiyanın aradan qalxmasına kömək edə bilər. 

Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Financial Times"a müsahibəsində deyib.

“Biz onların enerji infrastrukturuna hücum etmirik, onlar bizim infrastrukturumuza hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm”, - Zelenski deyib. 

Zelenski Ukrayna ərazilərinin güzəştləri müqabilində Qərblə NATO-ya üzvlüklə bağlı hər hansı danışıqları inkar edib. “Görünür, bəzi tərəfdaşlar bu barədə düşünə bilərlər. Amma onlar bunu şəxsən mənə deyil, daha çox media vasitəsilə çatdırırlar”, - Zelenski bildirib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
1.6550781726837