• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan gecikir, Əliyev isə ondan ən azı 3 addım öndədir - Tarasov



"Ermənistan nümayəndə heyətinin Bakıda keçirilən COP29-a getməməsi yanlış addım idi. Mirzoyan səviyyəsində Ermənistan nümayəndə heyətinin Bakıya səfər edəcəyi gözlənilirdi, lakin onlar getmədilər, Mirzoyan həmin gün İsveçə getdi. Qafqazda və konkret olaraq Bakıda ilk dəfə atmosferlə bağlı konfransın keçirilməsi Azərbaycanın siyasi və diplomatik gücünə dəlalət edir. Bakı güclü mövqedən çıxış edir".

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.

İrəvanla Bakı arasındakı sülh sazişinin perspektivi barədə mövqeyini açıqlayan rusiyalı politoloq deyib ki, bununla bağlı məsələ yalnız Trampın inaqurasiyasından sonra bəlli olacaq. "Amma onun gündəmində Qafqaz olmayacaq, prioritet Ukrayna, Avropa, Yaxın Şərq, sonra isə yeni Qafqazdır. Yəqin ki, indi tərəflər Trampın mövqeyini gözləyirlər. Hazırkı proqnozlara görə, amerikalılar regiondan çəkiləcək. Bu aydındır. Ermənistanın vəziyyəti getdikcə pisləşir, çünki Avropa regionda uğursuzluğa düçar olacaq. Ermənilər həmişə olduğu kimi mühüm qərarlarda gecikir, hadisələrdən geri qalırlar", - o qeyd edib. 

Tarasov əlavə edib ki, qərarların verilməsində Paşinyan hər zaman gecikir: "İlham Əliyev ondan 2-3 addım öndədir. O, artıq Trampla razılaşıb, Paşinyan isə gözləyir. Makron indi təcriddədir, Paşinyan Makronun yanındadır, Makrondan isə heç bir fayda yoxdur. Avropa böhran içindədir. Belə olan halda Ermənistan Avropadan hansı yardım gözləyir?"

Sülh sazişinin imzalanma vaxtına gəldikdə Tarasov deyib ki, çox güman yazda imzalana bilər.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.029103994369507