Amerikalı milyarder İlon Mask Rusiya ilə təmasları barədə yayılan iddialara cavab verib.
"Ölkə.az" xəbər verir ki, Mask iddiaları yayanları axtarıb tapacağını bildirib.
"Mən bu ittihamları kimin etdiyini öyrənəcəyəm və onları məhv edəcəm", - deyə Mask X hesabında yazıb.
Qeyd edək ki, amerikalı demokrat senatorlar ABŞ federal hakimiyyət orqanlarından Maskın Moskva ilə təmasları barədə iddialar üzrə araşdırma aparmağı xahiş ediblər.