• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Daha bir cırtdan ölkənin idmançısı medal qazanıb, Olimpiada tarixinə düşdü - FOTO



San Marino yığması Olimpiadalar tarixində ilk medalını qazanıb.

Baki.Media xəbər verir ki, bu cırtdan ölkənin idmançısı Alessandra Perilli stend atıcılığı yarışında bürünc medal əldə edib.

Bununla da 34 min əhaliyə malik olan San Marino Olimpiadalarda medal qazanan ən kiçik ölkə olub. San Marinonun ərazisi 61,2 km2-dır.

Qeyd edək ki, yaxınlarda 63 min əhalisi olan Bermud adalarını təmsil edən triatlonçu Flora Dafi qızıl medal qazanmaqla Olimpiada tarixində yeni rekorda imza atmışdı. Bermud adaları Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış ən az əhalisi olan ölkə kimi tarixə düşmüşdü. Hazırda bu ölkə Olimpiadanın turnir cədvəlində 31-ci sıradadır.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.088336944580078